Logo
news content
User
Kateqoriyalar

Xəbər

Borrell: "Ermənistan-Azərbaycan sərhədində qüvvələrin ayrılmasının tərafdarıyıq"




Çərşənbə axşamı Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Josep Borrell və Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan arasında keçirilən görüşdə regiondakı vəziyyət və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.

Borrelin xidmətinin press-relizində deyildiyi kimi, tərəflər sərhəddəki son insidenti nəzərdən keçiriliblər

“Dünən Azərbaycan əsgərinin ermənilər tərəfindən güllələnməsi təəssüf doğurdu. Amma Ermənistanın müdafiə nazirinin insidentin tam araşdırılacağı ilə bağlı bəyanatına məhəl qoymadığı üçün Azərbaycanın bugünkü reaksiyası qeyri-mütənasib görünür.

Bu, Avropa İttifaqının uzun müddətdir müdafiə etdiyi sərhəddə qüvvələrin təcili şəkildə ayrılmasının zəruriliyini bir daha təsdiqləyir”, - Borrell bildirib.

“Aİ-nin Ermənistandakı missiyası (EUMA) bu yaxınlarda daha çox işçi heyəti ilə gücləndirilib və münasibətlərin normallaşdırılması səylərinə töhfə verməyə davam edəcək”, - Borrell davam edib.

O qeyd edib ki, Avropa Komissiyası Qarabağ ermənilərinə yardım üçün 5,5 milyon avro ayırıb.

“Yaxın aylarda biz xarici siyasət və təhlükəsizlik siyasəti ilə bağlı Ermənistanla dialoqumuzu hücləndirəcəyik”, - deyə Borrell yekunlaşdırıb. (Turan)