Logo
news content
User
Kateqoriyalar

Xəbər

Borellin son Ukrayna açıqlaması Dumanın spikerini ÖZÜNDƏN ÇIXARDI

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrellin Ukrayna ilə bağlı son açıqlaması Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodini özündən çıxarıb.

Volodin özünün "Telegram" kanalında Borrelli dərhal istefa verməyə çağırıb.

O, Aİ tarixində ilk dəfə olaraq o, münaqişənin “döyüş meydanında” həll edilməli olduğunu bildirib.

Dövlət Dumasının spikeri Borrelin vəzifəsinin problemin həllini diplomatiya yolu ilə axtarmaq olduğunu vurğulayıb və onun sözlərini qəbuledilməz hesab edib.

Xatırladaq ki, Jozep Borell ötən gün tvitter hesabında yazıb ki, “Bu müharibə döyüş meydanında qalib gələcək”.

Eyni zamanda, Aİ diplomatik xidmətin rəhbəri əlavə edib ki, bunu heç vaxt heç bir yüksək rütbəli Avropa məmuru, hətta diplomatı deməyib.