"Bolt" sürücüləri etiraza qalxdı: "60-80 qəpik gediş haqqı olar?"
13 Aprel 2023
"Bolt" taksi xidməti şirkətilə əməkdaşlıq edən sürücülər aprelin 13-də şirkətin qarşısında etiraz aksiyası keçiriblər. Onlar qiymətlərin aşağı və buna görə də gəlirlərinin az olduğundan şikayət edirlər.
"60-80 qəpik gediş haqqı olar? Taksi avtobusdan ucuzdur. 9 kilometr üçün 2 manat 10 qəpik yazır. 200 kilometr sürsəm qazancım 30-35 manat olur. Onun hələ benzini, ehtiyat hissələri var. Hər şeyin qiyməti qalxıb. Ən ucuz motor yağı 60 manatdır. Bundan əlavə, şirkət hər gedişdən 20 faiz komision tutur", - aksiya iştirakçılarından biri deyib.
Etirazçılardan bir neçəsini "Bolt" şirkətində qəbul ediblər və bildiriblər ki, onların tələbləri xaricdə yerləşən baş ofisə çatdırılacaq və qiymətlər tənzimlənəcək. Bu barədə digər aksiya iştirakçısı bildirib.
"Bolt Services Az" şirkətindən şərh almaq mümkün olmayıb.