Logo
news content
User
Kateqoriyalar

Xəbər

BMT-dən xəbərdarlıq: Dünya fəlakət qarşısındadır

“Ukraynada müharibə dünya əhalisinin beşdə birini onilliklər boyu görünməmiş miqyasda yoxsulluq, ehtiyac və aclıqla üz-üzə qoya bilər”. BMT-nin baş katibi Antonio Quterreş “Tvitter” şəbəkəsində belə yazıb.

Baş katib qeyd edib ki, dünyanın ən yoxsul, ən həssas təbəqəsi üçün yeganə çıxış yolu müharibənin dayandırılması, sülh əldə olunmasıdır.

Bir qədər əvvəl Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bəyan etmişdi ki, Rusiyanın Ukraynada apardığı müharibə dünyada ərzaq təhlükəsizliyini təhdid altında qoyur.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyat aparır.