Blinken Lavrovla kim haqda danışıq aparıb?
02 Aprel 2023
Aprelin 2-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Dövlət katibinin casusluqda şübhəli bilinən ABŞ vətəndaşı E.Qerşkoviçin Rusiyada saxlanması ilə bağlı qaldırdığı məsələnin müzakirəsi kontekstində E.Blinkenin diqqəti Rusiya hakimiyyətinin qanunvericiliyə uyğun olaraq qəbul edilmiş qərarlarına hörmətlə yanaşmağın zəruriliyinə yönəldilib. Vurğulanıb ki, Vaşinqtonda rəsmilərin və Qərb mediasının bu işə siyasi çalar qatmaq niyyəti ilə hay-küy salması qəbuledilməzdir.
Lavrov xüsusilə qeyd edib ki, E.Qerşkoviç jurnalist statusu adı altında dövlət sirri təşkil edən məxfi məlumatları əldə etməyə çalışarkən cinayət başında yaxalanıb. Saxlanılması barədə ABŞ-ın Moskvadakı səfirliyinə müəyyən edilmiş qaydada məlumat verilmiş ABŞ vətəndaşının qanunsuz fəaliyyəti ilə bağlı müəyyən edilmiş faktlar fonunda onun sonrakı taleyi məhkəmə tərəfindən müəyyən ediləcək.
Söhbət zamanı ikitərəfli xarakter daşıyan bəzi aktual məsələlərə də toxunulub.