Logo
news content
User
Kateqoriyalar

Xəbər

Blinken Amerikanın mesajını göndərdi: “Ukraynanın duruş gətirəcəyini bilirik”

“Rusiya prezidenti Vladimir Putin bu amansız və əsassız müharibəyə Ukraynanı müstəqil dövlət kimi məhv edəcəyini və NATO-nu parçalaya biləcəyini düşünərək başladı. Əvəzində o, Ukraynanın suverenliyini və müstəqilliyini daha da gücləndirmiş oldu. NATO-nun gücü, döyüş qabiliyyətli və birliyi də həmişəkindən daha yüksək səviyyədədir”. ABŞ-ın dövlət katibi Entoni Blinken “Tvitter” şəbəkəsində yaydığı açıqlamasında belə yazıb.

Dövlət katibi daha sonra qeyd edib: “Biz suveren, müstəqil Ukraynanın duruş gətirəcəyini bilirik. Onu da bilirik ki, biz Ukraynanı dəstəkləməklə həm də bütün dünyada sülhün və təhlükəsizliyin əsasını təşkil edən suverenlik və müstəqillik prinsiplərini müdafiə edirik.

Biz birliyimizi saxlamaqda və Ukrayna hakimiyyətinə, xalqına öz dövlətinin suverenliyini, ərazi bütövlüyünü qoruya bilməsi üçün dəstək verməkdə qərarlıyıq”.

Entoni Blinkendən az əvvəl – mayın 15-də NATO-nun baş katibi Yens Stoltenberq də Rusiya ilə müharibdə Ukraynanın qalib gəlmək gücündə olduğunu bildirib.