Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Bizim gördüyümüz işi ABŞ, Çin, Britaniya bacarmazdı" - Fuat Oktay

“Biz fevralın 6-da baş vermiş dəhşətli zəlzələnin nəticələrini cəmi 3 həftə ərzində aradan qaldırmağa başladıq. Bu işi Böyük Britaniya, Almaniya, ABŞ, Çin və Yaponiya bacarmazdı”.

Pressklub.az “Star”a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Londonda türkiyəlilərlə görüşü zamanı deyib.

O bildirib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün təkcə iqtisadi imkanlar kifayət etmir: “Bu, həm də dövlətlə millətin bir araya gəlməsini tələb edir. Biz millətimizlə birlikdə sözügedən proplemi həll etdik”.

F.Oktayın sözlərinə görə, zəlzələdən dərhal sonra yeni mənzillərin inşasına başlanılıb: “İlin sonuna qədər zərər görmüş binalar söküləcək və yeniləri tikiləcək”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində 50 500 nəfər ölüb. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.