Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bizdə 59 nəfər! - Yaxın ölkələrdə neçə koronavirus xəstəsi var?

Mayın 10-na olan beynəlxalq statistika 206 ölkə və ərazidə 38,8 milyondan çox aktiv koronavirus xəstəsi olduğunu göstərir. Rusiyada 246290, İranda 76339, Estoniyada 58029, Belarusda 47299, Litvada 20883 nəfər müalicə altındadır.

Digər yaxın ölkələr xəstə sayına görə belə sıralanır:

Latviya – 4704 nəfər

Türkiyə – 3185

Ermənistan – 2225

Qırğızıstan – 1596

Moldova – 1355

Gürcüstan – 1117

Qazaxıstan – 571

Özbəkistan – 246.

2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən yeni növ koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Son milli hesabata əsasən, ölkədə 59 koronavirus xəstəsi var, infeksiyaya yoluxmuş 792632 nəfərin 9709-u vəfat edib, qalanları müalicə olunaraq sağalıb.