Logo
news content
User
Kateqoriyalar

Xəbər

Biz də sülhün tərfədarıyıq - Çin Brüssel görüşünü alqışladı

“Çin Azərbaycanla Ermənistan arasında Brüsseldə keçirilən danışıqları alqışlayır”.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan aprelin 7-də keçirdiyi brifinqdə bildirib.

“Rəsmi Pekin tərəflərin atəşkəs haqqında razılaşmaya birlikdə əməl edəcəyinə, regional sülh və sabitliyi dəstəkləyəcəklərinə ümid edir”, - o söyləyib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan və Ermənistan Çinin tərəfdaşıdır: “Biz fikir ayrılığının danışıqlar yolu ilə həllini alqışlayırıq”.

Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşü olub.