“Bitkoin”in qiyməti sürətlə bahalaşır
11 Aprel 2023
Dünyanın ən yüksək bazar dəyəri olan kriptovalyutası “Bitkoin”in qiyməti sürətlə artaraq 2022-ci ilin iyunundan bəri ilk dəfə 30 min ABŞ dollarını ötüb.
“Coindesk” platformasının məlumatında deyilir ki, “Bitkoin” ticarət sessiyası zamanı 5%-dən çox artaraq 30,194 min dollara çatıb. "Worldcoinindex" platformasında isə bitkoin hətta 30,399 dollara qədər yüksəlib.
Sonuncu dəfə “Bitkoin”in qiyməti 30 min ABŞ dollarını 10 iyun 2022-ci ildə keçib.
“Bitkoin” blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və istənilən istifadəçi - sistemin üzvü tərəfindən buraxıla bilər. Bunun üçün sistemin yeni bloklarını yaratmalısınız.
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satosi Nakamoto təxəllüslü şəxs tərəfindən nəşr edilib. “Bitkoin”in populyarlığının zirvəsi yalnız son illərdə qeyd olunur. “Bitkoin” tədarükü təbii olaraq məhduddur.