Logo
news content
User
Kateqoriyalar

Xəbər

Birol: “Növbəti qış Aİ üçün daha çətin keçəcək”

Qaz böhranı səbəbindən gələn qış Avropa İttifaqı üçün daha çətin keçəcək.

Pressklub.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında iştirak edən Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol deyib.

"Mən Aİ-nin bu qış qaz böhranını aradan qaldırmaq səylərini yüksək qiymətləndirirəm, lakin gələn qış daha da çətin olacaq", - deyə Birol bildirib.

O həmçinin Avropa sənayesi üçün yeni baş planın yaradılmasının zəruriliyini vurğulayıb.