Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bir ilə 20 gün qalmış. Qərb Rusiya neftinə tam embarqo tətbiq edib


Bazar günü, Rusiyanın Ukraynaya hücumundan təxminən bir il sonra, Qərb Kremlin əsas gəlir mənbəyi olan Rusiya neft ixracına demək olar ki, tam embarqo tətbiq edib.





Qadağa istisnalarsız deyil, bunlardan ən başlıcası qiymət həddidir. Nəzərə almaq lazımdır ki, Rusiyanın bu cür vəziyyətə hazırlaşmaq üçün bir ilədək vaxtı olub.





Embarqo Rusiyanın üçüncü ölkələrə tədarükünə aid deyil və ondan ciddi istisnalar edildiyi üçün Rusiya ixracatının kəskin azalmasına və neft qiymətlərinin artmasına səbəb olmayacaq, lakin Qərb ümid edir ki, bu addım Rusiya xammalının qiymətini məhdudlaşdıracaq və Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirimək imkanları azalacaq.





Embarqonun qüvvəyə minməsi ərəfəsində Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol deyib ki, bu addımın “ciddi sarsıntılar törədəcəyini gözləmir". Aparıcı Qərb dövlətləri IEA agentliyinin proqnozları ilə hesablaşır.





IEA-nın hesablamalarına görə, embarqo səbəbindən Kremlin ixrac gəlirləri üzrə itkisi 2030-cü ilədək təxminən 1 trilyon dollar təşkil edəcək, Rusiyanın dünya enerji bazarındakı payı isə 20 faizdən 13 faizə enəcək. Kremlin itirdiyi bazarlar ABŞ və Yaxın Şərq ölkələrinin nəzarətinə keçəcək.





Neft embarqosu, Qərbin Putinin hərbi maşınının pul və texnologiya təminatını məhdudlaşdırmaq və Ukraynanın təcavüzkarla mübarizə aparmasına kömək etmək ümidi ilə Rusiya ətrafında qurduğu sanksiya halqasının son böyük boşluğunu bağlayacaq. Ancaq maliyyə və şəxsi sanksiyalardan fərqli olaraq, neft sanksiyalarının qüvvəyə minməsi təxminən bir il çəkdi.





ABŞ, Böyük Britaniya və müttəfiqlər keçən ilin yazında Rusiya neftindən imtina etdiklərini elan etdilər. Əsas idxalçı olan Avropa İttiifaqından başqa, çünki Aİ Rusiya xammalından çox asılı idi. Buna görə, may ayında Aİ-nin 27 ölkəsi onsuz da kövrək iqtisadiyyatları üçün riskləri artırmamaq məqsədilə iki embarqonu iki dəfə təxirə salmaqla tətbiq etmək barədə razılığa gəldilər.





Dekabrın 5-dən Aİ neft alışından imtina edib və bu bazar günündən, fevralın 5-dən isə neft məhsullarının alışı da dayandırılıb.