Bir günə 21 yalan, 4 ilə 30,5 min... - Trampın qara mirası
03 Fevral 2022
Dörd illik prezidentliyi dövründə Tramp 30 min 573 yalan danışıb. Bu, günə ortalama 21 yanlış iddia deməkdir
Prezident İlham Əliyev fevralın 2-də bir qrup gənclə görüşündə ABŞ-ın keçmiş prezidenti Donald Trampa istinad edib, onun “Washington Post” və “New York Times” qəzetlərini “feyk-nyus” (saxta xəbər) adlandırdığını deyib. Dövlət başçısı feyk-nyusun artıq siyasi mübarizənin bir üsuluna çevrildiyini, yalan məlumat ötürüldüyünü, ondan sonra bu yalan məlumat ətrafında müzakirə aparıldığını söyləyib.
Respublikaçı Donald Tramp ABŞ tarixinə iki dəfə impiçmentlə üzləşən, həm də vəzifədən gedəndən sonra mühakimə olunan ilk prezident kimi düşüb. O, Senatda birinci impiçmentində bəraət almışdı. İkinci impiçmenti isə “qiyamı qızışdırmaq” maddəsi üzrə keçirilib. Tramp ötən ilin yanvarın 6-da Konqres demokrat Co Baydenin seçkidə qələbəsini təsdiqlədiyi vaxt tərəfdarlarının Kapitoliyə hücumunda roluna görə mühakimə edilib. Həmin basqında biri polis əməkdaşı olmaqla 5 nəfər ölüb.
Tramp seçkidə özünün qalib gəldiyini iddia edir, tərəfdarlarını bu qələbəni müdafiə etməyə, onları Kapitoliyə gedərək “can-başla savaşmağa” çağırmışdı.
Seçkinin nəticəsinə şübhə Trampın prezidentlik dönəminin saxta iddialarından yalnız biri idi.
“The Washington Post” qəzeti yanvarda Trampın prezidentlik dövründə səsləndirdiyi saxta, yanlış iddiaların statistikanı yayıb. Onların sayı 30 min 500-dən çoxdur.
Qəzet Trampın prezidentliyinin ilk 100 günündə 492 şübhəli iddiasını sənədləşdirib. 2020-ci ilin noyabrın 2-də, prezident seçkisindən bir gün öncə isə o, 503 saxta, yanıldıcı iddia dilə gətirib.
Ümumilikdə isə dörd illik prezidentliyi dövründə Tramp 30 min 573 yalan danışıb. Bu, günə ortalama 21 yanlış iddia deməkdir.
Qəzetin hazırladığı databazada 5 milyona yaxın söz, Trampın bəyanatlarını ifşa edən xeyli sayda link var.
Trampın ABŞ mediasında qoyduğu izlər hələ də müzakirə olunmaqdadır. CNN onun ən qalıcı və dağıdıcı mirası kimi məhz “feyk nyus”u göstərir. Daha bir məsələ isə onun siyasi karyerasının altı ili ərzində israrla respublikaçıları meynstrim medianın bütün formalarına baş qoşmamağa, onları “söndürməyə” çağırması idi.
“Pew” araşdırma mərkəzinin ötən il açıqladığı təhlil göstərib ki, ənənəvi xəbər təşkilatlarına “çox”, yaxud “müəyyən qədər” inandığını deyən respublikaçıların sayı son 5 ildə yarıbayarı azalıb. 2016-cı ildə özünü respublikaçı kimi təqdim edənlərin 70 faizi milli xəbər qurumların azından müəyyən qədər inandığını deyirdi. Ötən il onların sayı 35 faizə düşüb.
“Yalan ayaq tutar, yeriməz” deyirlər, amma “Politico” dərgisi onlayn medianın hələ də “Böyük yalan”dan əl çəkə bilmədiyini yazır. Ötən il yanvarın 6-da polisin etirazçılara qanunsuz hücum etdiyi iddia olunan Facebook videosuna 140 minə yaxın baxış var. YouTube and Twitter-də istifadəçilər Co Baydenin prezidentliyinin saxta olduğunu iddia edən minlərlə şərh yerləşdirirlər. Bu, məhz Trampın israr elədiyi mövqe idi. Sosial şəbəkələrdə ekstremistlər, az sayda olsa da, 2020-ci ildə seçkinin nəticəsini təsdiqləmiş Pensilvaniya və Arizonada seçki rəsmilərinə zorakı hücumları açıq müzakirə edirlər.
“Politico” Kapitoliyə hücumun təşkil və bayram edildiyi sosial media platformalarında hələ də şayiələrin, təhdidlərin və seçkiylə bağlı dezinformasiyanın yayıldığını yazır.
Google, Twitter və Facebook-un ana şirkəti Meta qızışdırıcı kontentin yığışdırıldığını, 2020-ci il seçkisinin nəticəsinə və 6 yanvar hadisələrinin səbəbinə şübhə yaradan onminlərlə post və hesabın pozulduğunu bildirir.
“Politico” bu cəhdlərə baxmayaraq onlayn dünyanın ötən ilin yanvarında Kapitoliyə basqından sonra xeyli qütbləşdiyini, zorakılaşdığını, siyasiləşdiyini yazır. Bunu siyasətçilər, hüquq-mühafizə orqanları, dezinformasiya ekspertləri deyirlər. “Bu vəziyyət noyabrda Konqresə aralıq seçkilərinə kampaniya başladığı vaxtda barıt çəlləyi rolunu oynaya bilər”, – məqalədə deyilir. (Azadlıq Radiosu)

Bir günə 503 saxta iddia

Dağıdıcı miras

“Böyük yalan” davam edir