Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Bir dəli dünyanı alt-üst edə bilər” – Britaniya mətbuatında Putinin 3 diaqnozu

Britaniyalı sabiq casus Kristofer Stil Rusiya prezidenti Vladimir Putinin “ağır xəstə” olduğunu bildirib.

Bu barədə “Sky News” məlumat yayıb.

Onun fikrincə, Putinin xəstəliyi Ukraynada baş verənlərin “ünsürü”dür:

"Rusiya və digər ölkələrdəki mənbələrdən eşitdiklərimizə görə, Putin əslində kifayət qədər ciddi xəstədir. Bunun hansı xəstəlik olduğu aydın deyil - ya sağalmaz, yoxsa ölümcül və ya hər hansı bir şey".

Stilin sözlərinə görə, ümumiyyətlə, Putinə müqavimət göstərməyə hazır olan çox az adam var:

“Düşünürəm ki, ona dissidentlər, yaxud müxalif istiqamətlərdən səslənirlər bu, fəlakətli müharibədir, bu, xüsusilə iqtisadiyyatın çöküşüdür. Rusiya üçün yaxşı olmayacaq və biz yalnız ümid edə bilərik ki, bu, müəyyən nəticələrə gətirib çıxaracaq: Ya siyai dəyişiklik, ya da rejim dəyişikliyi ilə sonuclanacaq”.

“Mirror” nəşri isə yazır ki, Putinin xəstə olması ilə bağlı şayiələr çoxdan hamıya məlumdur:

“İndi Kremllə sıx əlaqədə olan oliqarx da bu haqda danışır… Putin Rusiyanın, Ukraynanın iqtisadiyyatını, həmçinin dünya iqtisadiyyatlarını tamamilə məhv edib, çünki onun başında problemlər var. Bir dəli insan dünyanı alt-üst edə bilər".

Onun səhhətinin pis olması ilə bağlı şayiələr mayın 9-da Moskvada keçirilən paraddan sonra daha da kəskinləşib. Məsələ burasındadır ki, “qələbə” zamanı o, cılız və özünə güvənsiz görünürdü, ayaqlarına örtük atıb oturmuşdu.

“The Sun” nəşri Kremlin keçmiş yüksək vəzifəli rəsmisinə istinadən yazır ki, Putin həmkarları ilə qarşıdakı tibbi prosedurları müzakirə edib.

Məmurun adı açıqlanmır. Lakin Yayımlanan səs yazısında Putinin xərçəng, Parkinson xəstəliyi və şizoaffektiv pozğunluq olduğu bildirilir.