Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bir ailədə bir gündə iki faciə: qazimiz koronavirusdan öldü, anası dərddən...

Vətən müharibəsi qazisi Zamir Osmanov dünyasını dəyişib.

O, Bakıda yerləşdirildiyi xəstəxanada vəfat edib. Oğlunun ölüm xəbərini eşidən anası, 1965-ci il təvəllüdlü Esma Çiliyeva da qəfil ürəktutmadan həyatını itirib.

Əldə etdiyimiz ilkin məlumata görə, Z.Osmanov koronavirusa yoluxandan sonra ölüb. Bununla bağlı TƏBİB-ə də sorğu ünvanlamışıq.

Qeyd edək ki, Z.Osmanov Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 2021-ci ildə YAŞAT Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib, 1 il 4 ay müalicə alıb.

Xəbəri ilk olaraq Lent.az saytı yayıb.