“Bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb” - Təhsil naziri
11 İyun 2022
Azərbaycanda təhsil alanların öyrənmə xüsusiyyəti ilə bağlı bir dənə də olsa elmi iş yoxdur.
Bunu təhsil naziri Emin Əmrullayev Gənc müəllimlərin II Forumunda deyib.
Eyni zamanda nazir qeyd edib ki, 1990-cı illərdə ölkəmizin çətin dövrlərində bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb:
“Bu gün Azərbaycan təhsili bundan əziyyət çəkir. Artıq vaxtı çatıb ki, ayırd etməni aparaq. Biz bu gün aparılan diaqnostik qiymətləndirmə ilə bu kimi halları aradan qaldırmağa çalışırıq. Təbii ki təkmilləşməyə ehtiyacı olan müəllimlər də təkmilləşmə kurslarına cəlb olunacaq”. (APA)