Bəxtiyar Hacıyevin qardaşı fəalın vəziyyətinin ağır olduğunu bildirir
23 Yanvar 2023
İctimai fəal Bəxtiyar Hacıyev 15-ci gündür ki, Bakı 1 saylı İstintaq Təcridxanasında aclıq edir. Bu barədə yanvarın 23-də onun qardaşı Vüqar Hacıyev görüşdən sonra Turan-a bildirib.
“Görüşümüz təxminən bir saat yarım davam etdi. Bəxtiyar xeyli arıqlayıb, taqətsiz və halsız görünürdü. Üzü və əlləri ağarmışdı. Əlində bir stəkan su tuta bilirdi”, - fəalın qardaşı deyib.
“Mən Bəxtiyardan aclığı dayandırmağı xahiş etdim ki, bu da valideynlərimizin, qohumlarımızın xahişidir. Lakin o, bu barədə bir daha danışmamağı xahiş etdi, çünki həbsə etiraz etmək üçün başqa imkanı yox idi”, – qardaşı deyib.
Həbs olunduğu müddətdə heç bir istintaq hərəkəti aparılmayıb, Vüqar Hacıyev sözlərinə davam edib.
O həmçinin qeyd edib ki, Bəxtiyar təcridxananın tibb-sanitar hissəsində effektiv tibbi yardım almır.
“İş günü başa çatdıqdan sonra təcridxanada bir nəfər feldşer qalır. Hansısa xəstənin problemi yarananda həmin feldşerin ona çatması üçün 20-25 dəqiqə vaxt lazım olur”.
Qardaşının sözlərinə görə, Bəxtiyar Hacıyev cəmiyyətdən ciddi dəstək gözləyir. O 40 illik ömrünün böyük hissəsini bu cəmiyyət üçün çalışıb. Cəmiyyətdə baş verən ədalətsizlikləri aradan qaldırmaq üçün çalışıb. Beynəlxalq təşkilatlarda, xarici ölkələrdə bu məsələləri qabardıb. O ciddi dəstək isətəyir və bu dəstəyin ardıcıl olmasını istəyir.
Z növbəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli müstəqil siyasətçi Bəxtiyar Hacıyevi xilas etmək üçün hamını səfərbər olmağa çağırıb.
“Qəddar rejimin bu yüksək təhsilli, bacarıqlı, gənc siyasətçini təkləyib əzməsinə imkan verməməliyik. Bəxtiyar Hacıyevin və ölkədəki bütün siyasi məhbusların azadlığını birlikdə və uca səslə tələb etməliyik", - Əli Kərimli öz Facebook səhifəsində yazıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti istintaqın aparılmaması ilə bağlı Bəxtiyar Hacıyevin dedikləri barədə sorğuya cavab verməyib.
*Xatırladaq ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.
Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən alcığa başlayıb.
Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.