Logo
news content
User
Kateqoriyalar

Xəbər

Belə də olur: Putin telefonla Consonu hədələyib

“Fevralda Ukraynaya təcavüz ərəfəsində apardığımız telefon danışığı zamanı o, (Rusiya Prezidenti Vladirmir Putini nəzərdə tutur-red.) məni hədələdi”.

BBC xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş Baş nairiz Boris Conson bildirib.

O deyib ki, fevral ayında müharibə ərəfəsində V.Putinə xəbərdarlıq edərək müharibənin tamamilə fəlakətə, Rusiya sərhədləri yaxınlığında NATO qoşunlarının sayının artmasına, Qərb dövlətlərinin Moskvaya qarşı sanksiyalar tətbiq etməsinə səbəb olacağını söyləyib.

“Telefon danışğında məni hədələyərək dedi: “Boris, səni incitmək istəmirəm, ancaq raketlə bu məsələlərin həlli bir dəqiqə çəkir”. Yaxud buna bənzər bir sözlər söylədi. Gülməli idi. Ancaq fikrimcə, çox rahat ton və görünüşü ilə sadəcə məni onu ​danışıqlara cəlb etmək cəhdlərimlə oynayırdı”, - B.Conson vurğulayıb.

O, həmçinin Rusiyanın müdaxiləsi zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə təhlükəsiz yerə köçmək üçün kömək təklif etdiyini xatırladıb: "O, təklifimi qəbul etmədi və olduğu yerdə qəhrəmancasına qaldı”.

Qeyd edək ki, B.Conson 2022-ci il iyulun 7-də Baş nazir vəzifəsindən istefa verib.