Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bəhruz Əhmədov yeni hərbi prokuror təyin edilib - SƏRƏNCAM

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, B.Əhmədov 4 iyul 1984-cü ildə anadan olub. O, Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib. 

Baş prokurorun müavini bu təyinata qədər Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi olub.