Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayramovla Mirzoyan Moskvada da görüşəcəklər

“Ermənistan və Azərbaycanın XİN rəhbərləri Ararat Mirzoyanla Ceyhun Bayramov Rusiyada da görüşəcəklər”.

“Novosti Armeniya”ya xəbər verir ki, bu barədə məlumatı Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat, parlamentin Avropaya inteqrasiya üzrə daimi komissiyasının rəhbəri Arman Eqoyan açıqlayıb.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı ilkin razılaşma mövcuddur.

Xatırladaq ki, mayın 1-i ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilib. Görüşdən sonra nazirlərin ikitərəfli görüşü baş tutub.