Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayramov və Mirzoyan sülh sazişi layihəsinin bəndlərini müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Berlin görüşü çərçivəsində iki ölkə arasında bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğunu qeyd ediblər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib.

Səfər çərçivəsində nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib.

Qeyd edək ki, 28-29 fevral tarixində Azərbaycan və Ermənistan XİN başçıları arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-də danışıqlar aparılıb.