Bayramov İsrailə getdi, Koen də tezliklə Azərbaycana gələcək
28 Mart 2023
Martın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.
Xarici İşlər Nazirliyindən Pressklub.az-a bildiriblər ki o, martın 29-30-da hər iki ölkənin yüksək vəzifəli şəxslərilə görüşlər keçirəcək, həmçinin Azərbaycanın İsraildə səfirliyinin açılış mərasimində iştirak edəcək.
Xatırladaq ki, 2022-ci ilin sonunda Azərbaycan parlamenti ölkənin Təl-Əvivdə səfirliyinin və Ramallahda nümayəndəliyinin açılması barədə qərar qəbul edib.
Martın 26-da Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini yəhudi dövlətinin prezidentinə təqdim edib.
İsrailin xarici işlər naziri Eli Koenin isə aprelin 18-19-da Azərbaycana rəsmi səfəri planlaşdırılır. Bu barədə İsrail KİV-i məlumat yayıb.
Həmin günlərdə Bakıda İsrail - Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək.
Xatırladaq ki, martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə gedib. İsraildə Azərbaycanın səfirliyi açılacaq.