Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayraktar pilotsuz uçan taksilər hazırlayacaq

"Suriya, İraq, Liviya və Qarabağda uğurları ilə adını məşhurlaşdıran Türkiyə PUA-larına dünyanın bir çox ölkəsində böyük tələbat var".

Bunu “Baykar” müdafiə texnologiyaları şirkətinin lideri Səlcuq Bayraktar İngiltərənin “Reuters” xəbər agentliyinə müsahibəsində deyib.

“Bayraktar TB2 üzərinə düşəni edir. Ən qabaqcıl zenit komplekslərini, inkişaf etmiş artilleriya sistemlərini və zirehli maşınları sıradan çıxarırr. Buna görə də bütün dünya müştərimiz olub”, - deyə o bildirib.

Bayraktar pilotsuz döyüş təyyarəsi “Kızılelma”nın ilk uçuşunun gələn il edilməsinin planlaşdırıldığını, TB3-ün isə yaxın zamanda uçuş sınaqlarına başlayacağını açıqlayıb.

“Uzun müddətli hədəfimiz pilotsuz uçan taksilərdir. Hazırda bunun üzərində işləyirik. Bunun üçün süni intellektə əsaslanan daha yüksək səviyyəli avtonom texnologiya inkişaf etdirməliyik. Belə taksilər şəhər nəqliyyatında inqilab edəcək”, - deyə şirkət rəhbəri qeyd edib.