Baydendən Rusiyaya qarşı daha iki sanksiya: Belarusu da şərik etdi
09 Aprel 2022
ABŞ Prezidenti Co Bayden Rusiya və Belarusa qarşı əlavə sanksiyaları nəzərdə tutan iki qanun layihəsini imzalayıb.
Ağ Evin məlumatına görə, qanun layihələrindən biri Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandıraraq, bu ölkələrdən idxala rüsumların artırılmasına zəmin yaradır.
Digəri isə Rusiyadan enerji məhsullarının, o cümlədən neft, kömür və təbii qazın idxalını qadağan edir.
Senat yekdilliklə hər iki qanun layihəsini təsdiqləyib.