Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Ukraynaya gələcək - ANONS verildi

ABŞ prezidenti Co Baydenin Ukraynaya səfəri planlaşdırılır, lakin bu, nə zaman mümkün olsa, onda baş tutacaq.

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Adam Şiff bildirib.

Mayın 1-də Kiyevdə ABŞ Konqresinin üzvlərindən ibarət nümayəndə heyətinin prezident Vladimir Zelenski ilə görüşündən danışan Şiff Baydenin Ukraynaya səfəri barədə anons verib.

"Düşünürəm ki, prezidentin səfəri nəzərdən keçirilir, yeganə sual bunun nə qədər tez mümkün olacağıdır", - Şiff deyib.

Onun sözlərinə görə, “bu, sadəcə, vaxt məsələsidir”.