Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Ukraynaya 40 milyard dollarlıq yardım paketini imzaladı

ABŞ Prezidenti Co Bayden Ukraynaya 40 milyard dollarlıq yardım paketini imzalayıb.

CNN-in məlumatına görə, xəbəri Ağ Ev təsdiqləyib.

Xəbərə görə, qanun layihəsi Prezident Co Bayden Vaşinqtondan Cənubi Koreyaya yola düşdükdən bir neçə saat sonra Senatda qəbul edildiyindən, imzalanması üçün təyyarə ilə Seula göndərilib.

Co Baydenin yardım paketini şənbə günü səhər saatlarında kameralardan kənar imzaladığı bildirilib.