Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Rusiyanı sındırır: “Nefti xeyli aşağı qiymətə almaq olar, məcburdular”

Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi fonunda ABŞ prezidenti Co Bayden bildirib ki, ABŞ və Avropa İttifaqı Rusiya neftini bazar qiymətindən aşağı qiymətə almaq imkanını müzakirə edir.

CNN xəbər verir ki, yanacağın qiymətinin kəskin artması fonunda idxaldan imtina etmək əvəzinə bu variant nəzərdən keçirilir.

Bayden deyib ki, Avropa Rusiya neftinin alışını daha da azaltmaq qərarına gəlib: “Bir çox mülahizələr var, ola bilsin ki, hətta neft almağa davam edək, lakin məhdud qiymətə”.

ABŞ lideri əlavə edib ki, Rusiya bu ölkəyə sanksiya təzyiqi qarşısında neft satmaq məcburiyyətində qalıb, ona görə də nefti xeyli aşağı qiymətə almaq olar: “Hazırda çox şey baş verir, lakin benzinin qiymətini aşağı salmaq üçün keçidi reallaşdırmaq fikri qısa müddətdə mümkün deyil”.