Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden Navalnının ölümünə əsəbiləşib: Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq

ABŞ Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya yeni sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.

TASS xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin sözlərinindən Ağ Evin press-pulunun jurnalistləri sitat gətirib.

“Biz artıq sanksiyalar tətbiq etmişik, lakin, bəli, biz əlavə sanksiya imkanlarını nəzərdən keçiririk”, – Bayden bununla bağlı suala cavab verib.

O həmçinin Navalnının ölümünün Konqresin Nümayəndələr Palatasında Ukraynaya dəstək üçün əlavə maliyyə ayrılmasına dair qanun layihəsinin təsdiqlənməsi perspektivlərinə təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb:

“Ümid edirəm, amma əmin deyiləm”.