Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden NATO ölkələri liderlərinə zəng edib

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən sonra NATO-nun Şərq cəbhəsini təşkil edən “Buxarest doqquzluğu”nun liderlərinə zəng edib.

Bu barədə Ağ Ev məlumat yayıb.

Söhbətlərin mövzusu V.Putinlə onlayn görüş və Ukrayna prezidenti V. Zelenski ilə telefon danışığı olub. Müzakirə edilən məsələlər barədə məlumat verilmir.

Qeyd edək ki, “Buxarest doqquzluğu”na Bolqarıstan, Çexiya, Litva, Latviya, Estoniya, Macarıstan, Polşa, Rumıniya və Slovakiya daxildir.(APA)