Bayden Böyük Britaniyaya səfər etməyi planlaşdırır
17 İyun 2023
ABŞ Prezidenti Cozef Bayden gələn ay Böyük Britaniyaya qısamüddətli rəsmi səfər etməyi planlaşdırır.
Pressklub.az xəbər verir ki, bu barədə "The Independent" hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Amerika lideri səfər çərçivəsində Kral III Çarlz və baş nazir Rişi Sunak ilə görüşlər keçirməyi planlaşdırır.
Baydenin Londona səfəri iyulun 11-də Vilnüsdə start götürəcək NATO sammitindən dərhal əvvəl baş tutacaq.
Qeyd edək ki, Bayden aprel ayında III Çarlzdan Böyük Britaniyaya səfər etmək üçün rəsmi dəvət alıb.
Baydenin keçən həftə Vaşinqtona səfər edən Sunakla bu il beşinci görüşünü keçirməsi də planlaşdırılır.