Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden ailəsinə nə qədər rüşvət verilib? - Konqresdə məbləğ açıqlanıb

ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer bildirib ki, prezident Cozef Baydenin ailəsi əcnəbilərdən 30 milyon dollara qədər rüşvət ala bilərdi ki, bu da ilkin hesablamadan üç dəfə çoxdur.

Bu barədə “Fox News” xəbər verir.

Onun sözlərinə görə, komitəyə çoxlu bank qeydləri daxil olub: “Qeydlər əsasında məbləği bu həftə 10 milyon dollara qədər artıracağıq. Hesab edirəm ki, biz hesabı 20-30 milyon dollara çatdıracağıq”.

O, həmçinin qeyd edib ki, Amerika liderinin ailəsinin mümkün korrupsiya sxemləri barədə məlumat mənbəyi Federal Təhqiqatlar Bürosunun ən yüksək maaşlı və ən etibarlı mənbəyi olub, xüsusi xidmət ona 200 min dollardan çox pul ödəyib.

Eyni zamanda, Komer FTB-dəki mənbələrə istinadən bildirib ki, Birləşmiş Ştatların hakimiyyət orqanlarına ölkə prezidentinin ailəsinin hüquq pozuntuları ilə bağlı istintaqdan “geri çəkilmək” tapşırılıb.