Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden ABŞ-ın Ukraynaya əlavə hərbi yardımını Polşaya səfəri zamanı açıqlayacaq

ABŞ Prezidenti Co Bayden ölkəsinin Ukraynaya əlavə hərbi yardımını Polşaya səfəri zamanı açıqlayacaq.

Pressklub.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı deyib.

Kirbi qeyd edib ki, Ukraynaya yardımın ediləcəyini və ABŞ tərəfindən lazım olan qədər köməkliyin göstəriləcəyini Co Bayden açıq şəkildə bəyan edəcək.

O həmçinin əlavə edib ki, ABŞ liderini qabaqlamağa hazırlaşmır və Bayden özü bütün detalları səsləndirəcək.

Xatırladaq ki, Rusiya - Ukrayna müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar ABŞ Prezidenti Co Bayden 20 fevral tarixindən etibarən Polşaya 3 günlük səfər edəcək.