Logo
news content
User
Kateqoriyalar

Xəbər

Baxçalı: “Mövcud şəraitdə Türkiyə Parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyəcək”

İsveç administrasiyasının danimarkalı siyasətçiyə Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırmağa icazə verməsi, təkcə qalmaqal deyil, vəhşilik və vandalizmin bariz nümayişi və konkret nümunəsidir.

Bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bildirib.

“Quranın yandırılmasına icazə vermək onu yandırmaq qədər iyrənc və primitivdir. Milliyyətçi Hərəkat Partiyası olaraq müqəddəs atributlarımıza əl uzadan, vaxtaşırı hücumlar təşkil edən, türk və İslam düşmənçiliyində sərhəd tanımayan İsveç hökumətini və təxribatçıları lənətləyir. İsveç bu səhvdən dönərək türk və İslam cəmiyyətlərindən üzr istəməlidir. Milli-mənəvi dəyərlərimizə nifrət bəsləyən bir ölkə və ya dövlətlərlə nəinki NATO-nun müttəfiqlik hüququnu bölüşmək, hətta siyasi və diplomatik münasibətlərin qurulması belə absurd və qıcıqlandırıcıdır”, - deyə o vurğulayıb.

Baxçalı deyib ki, bu şəraitdə İsveçin NATO-ya üzvlüyü Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməyəcək.