Logo
news content
User
Kateqoriyalar

Xəbər

Başladı: Bakı nümayəndələri Xocalıda Qarabağ erməniləri ilə görüşdü

Martın 1-də Qarabağda Rusiya sülhməramlılarının qərargahının yerləşdiyi Xocalı şəhərində Bakı nümayəndələrinin Qarabağ ermənilərinin nümayəndələri ilə görüşü keçirilib.

Rəsmi mənbələrdən verilən məlumata görə, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilib.

Görüşdə həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib. Bu şəxslər ermənilər tərəfindən Qarabağdakı qızıl mədənlərinin monitorinqinə buraxılmayan şəxslərdir.

Ermənistan tərəfin məlumatında deyilir ki, görüşdə humanitar məsələlər və infrastruktur məsələləri, xüsusən insanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizindən fasiləsiz hərəkətinin bərpa edilməsi, Qarabağın Ermənistandan elektrik və qaz təchizatının bərpa edilməsi, habelə Kaşen (Qızılbulaq) mədəninin istismarı məsələləri müzakirə olunub.

Gündəlikdə başqa mövzu yox idi. Görüş, göründüyü qədər, konstruktiv olub və onun nəticələrinin çox gecikməyəcəyinə ümid edirik", deyə separatçıların liderinin nümayəndəsi Luçine Avanesyan bildirib.