Logo
news content
User
Kateqoriyalar

Xəbər

Baş Prokurorluq polisin ölümü ilə bağlı məlumat yayıb

Baş Prokurorluq polis serjantının ölümü ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, oktyabrın 10-da saat 02 radələrində 1998-ci il təvəllüdlü Cəbrayıl Rayon Polis Şöbəsinin polis serjantı Toğrul Mədətlinin meyitinin Xocavənd rayonunun Binə Dərəsi kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilmişdir ki, Toğrul Mədətli xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna getmiş və rayonun Binə Dərəsi kəndi ərazisində elektrik cərəyanı vurması səbəbindən ölüb.

Faktla bağlı hazırda Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.