Bakıda sülh danışıqları? Kreml Zelenskinin təklifinə "yox" dedi
01 May 2026
Rusiya hazırda Azərbaycanı Ukrayna ilə danışıqlar üçün meydança qismində nəzərdən keçirmir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bakının danışıqlar məkanı kimi seçilməsi təklifi ilə Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycana səfəri zamanı çıxış etmişdi.