Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda polis rəisinin qardaşı obyektə basqın edib

Bakının Nərimanov rayonunda yerləşən ofisə basqın edilib.

Pressklub.az xəbər verir ki, şəhər sakini Samir Qarayev idmançı dostu ilə birlikdə Əhməd Rəcəbli küçəsində yerləşən ofisə gələrək obyekt sahibi Musa Allahverdiyevi döyüb.

Ağır xəsarət alan M.Allahverdiyev xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, ofisə basqın edənlər saxlanılıb. Hazırda müvafiq istintaq hərəkətləri aparılır.

“Azadlıq” radiosunun məlumatına görə, saxlanılan Samir Qarayev Nizami RPİ-nin 24-cü Polis Bölməsinin rəisi polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.