Bakıda Pasifik Alyansının ofisi açılıb
13 Dekabr 2021
Pasifik Alyansının Bakı ofisinin açılış mərasimi keçirilib.
Kolumbiyanın Azərbaycandakı səfirliyində keçirilən tədbirdə beynəlxalq təşkilatın üzv ölkələri Kolumbiya, Meksika, Çili səfirləri, həmçinin xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak ediblər.
Ofisin açılışını Pasifik Alyansı ölkələri üçün mühüm hadisə adlandıran Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas deyib ki, təşkilat regional inteqrasiya, habelə turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə böyük diqqət yetirir.
“Biz təşkilata Azərbaycanın töhfələrini yüksək dəyərləndiririk. Bu ofisin açılışı Azərbaycanla alyansa üzv ölkələri arasında münasibətləri daha da artıracaq, yeni-yeni əməkdaşlıq istiqamətlərini üzə çıxaracaq. Biz Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlıyıq”, – kolumbiyalı diplomat bildirib.
Pasifik Alyansına üzv və müşahidəçi ölkələrin, o cümlədən Azərbaycanın da iştirakı ilə hər il toplantılar keçirildiyi xatırlanıb.
Qeyd edək ki, Pasifik Alyans (Aianza del Pacifico) Meksika, Kolumbiya, Peru, Çili respublikalarının üzv olduğu ticarət birliyidir. Azərbaycan 2019-cu ilin iyul ayından təşkilatda müşahidəçi statusa malikdir.