Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda otel qiymətləri od tutub yanır, yer də yoxdur

Son günlər Bakıda Formula-1 yarışları ilə əlaqədar otellərdə qiymət artımı müşahidə olunur. İlin digər vaxtları ilə müqayisədə hazırda otellərdə qiymətlər daha yüksəkdir: iki nəfər üçün 6 gecə 7 gün istirahət, otelin şəraitindən asılı olaraq, 1400-2300 manat arasında dəyişir.

Məsələ ilə əlaqədar danışan Azərbaycan Otel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam hazırda pandemiyadan sonra Bakının ilk dəfə qonaq tamaşaçılar qəbul edəcəyini bildirib: “Qonaqların sayı çox olduğuna görə qiymətlər də yüksəkdir”.

Günel Sağlam onu da vurğulayıb ki, əcnəbi qonaqlar ən azı 1 həftə istirahət üçün burada qalırlar: “İnternetdə də axtarış versəniz görəcəksiniz ki, məlum tarixlərdə otel biletləri bron edilib”.