Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda kuryerlərin etiraz motoyürüşü - VİDEO

Aprelin 26-da "Bolt" və "Wolt" şirkətlərində kuryer olduqlarını bildirən şəxslər şəhərin mərkəzində motoyürüş təşkil ediblər. Onlar xidmət haqlarının az olduğunu və buna etiraz etdiklərini bildiriblər.

Bundan başqa, "Bolt" şirkəti ilə əməkdaşlıq etdiklərini deyən kuryerlər bu gün, aprelin 26-dan etibarən tətil elan ediblər. "Bunun neçə gün davam edəcəyi xidmət haqlarının qalxmasından və sifarişlərin düzəlməsindən asılıdır", - onlar vurğulayıblar.

Bir neçə gün əvvəl "Wolt" şirkəti ilə çalışan kuryerlərin də tətil elan etdikləri açıqlanmışdı. Onlar da xidmət haqqının az olmasından və sifarişlərin azlığından şikayətlənirdilər.

Məsələ ilə bağlı "Bolt" və "Wolt" şirkətlərindən, hələlik, hər hansı münasibət öyrənmək mümkün olmayıb.