Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda beynəlxalq konfrans keçirilib

Fevralın 18-də Bakı şəhərində Hilton Hotelində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbiri açan Assosiasiyanın prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov konfransın keçirilmə məqsədini belə izah edib: "Bir-iki ay öncə Moskvada yoldaşlarla birgə qərara gəldik ki, bu tədbiri Bakı şəhərində keçirək. Təşəbbüsü də açığı, elə özüm verdim. Bu tədbirin Bakıda keçirilməsində əsas məqsəd odur ki, xaricdən gələn 9 ölkədən 30-dan çox nümayəndəyə izah edək ki, müstəqil Azərbaycanda belə tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Biz sübut etməliyik ki, Azərbaycanda da güclü alimlər və elm var".

Ardınca Rusiya Elmlər Akademiyasının üzvü, Rusiya hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, professor Taliya Xabriyeva bildirib ki, cinayətkarlığa qarşı mübarizə bütün ölkələr üçün aktual hesab olunur: “Bunun üçün tarixən və bu günümüzdə də tövsiyələr işlənib hazırlanıb”. O bildirib ki, Assosiasiyanın prezidenti İlham Rəhimov Rusiya Elmlər Akademiyasının üzvü seçilib, həmçinin adı çəkilən qurumun fəxri fərmanı ilə təltif olunub”.

Daha sonra Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq institutunun direktoru, professor Savenkov Aleksandr Nikolayeviç giriş nitqi söyləyib. Konfransın mövzusu ilə bağlı professor Sergey Nikolayeviç Baburin (Rusiya), “Slavyane” Fondunun sədri, professor Zaxariya Zaxariyev (Bolqarıstan) və Rusiya İstintaq Komitəsinin Akademiyasının professoru Yuri Vladimiroviç Qolik məruzə ilə çıxış edib. Məruzələr dinləndikdən sonra konfrans iştirakçıları mövzu ilə bağlı geniş müzakirələr aparıblar.

Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, respublikanın tanımış hüquqşünasları, QHT və KİV nümayəndələri eləcə də, Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Serbiya, Albaniya və s. ölkələrdən hüquqşünaslar iştirak edib.

Turqut