Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib
13 Dekabr 2021
Bakıda 8 nəfər dönərdən zəhərlənib. Zəhərlənənlərin hamısı Kliniki Tibbi Mərkəzə gətirilib.
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun verdiyi xəbərə görə, zəhərlənənlərin sayı 8 nəfərdir, onlardan 1-i 16 yaşlı yeniyetmədir.
“Onlar müxtəlif saatlarda zəhərləniblər. “28 Mall”ın yaxınlığında yerləşən dönərxanadan dönər alıb yeyiblər. Bir qədər sonra həmin şəxslərin hamısında zəhərlənmə əlamətləri yaranıb”, - o vurğulayıb.
E. Hidayətoğlu qeyd edib ki, zəhərlənən şəxslərin bəzilərinin vəziyyəti orta-ağırdır, 1 nəfər isə evə buraxılıb.(APA)