Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda bina tikintisi zamanı zəlzələ amili nəzərə alınırmı?

Türkiyədə baş vermiş zəlzələdən sonra eyni təbii fəlakətin baş verməsi təhlükəsi bütün bəşəriyyəti narahat edir. Azərbaycanda da seysmik aktivlik hər zaman müzakirə mövzusu olub və ölkəmizin tarixində bir neçə dağıdıcı zəlzələ baş verməsi faktı var. Hazırda daha çox paytaxt Bakıda çoxmərtəbəli binaların tikintisi zamanı seysmik tələblərin qorunması mövzusu hamını narahat edir.

Pressklub.az-ın məlumatına görə, mövzunu şərh edən memar Fərid Bayramov bildirib ki, bina və qurğuların tikintisində bu amillərin nəzərə alınması vacib şərtdir: “Təbii ki, yerli şəraiti, ərazinin seysmikliyini, tikiləcək ərazinin mühəndis – geoloji xassəsini öyrənmədən heç bir layihəyə başlamaq olmaz. Tikinti materialına gəldikdə isə, inşa olunacaq obyektin xassəsindən asılıdır. Hansı inşaat materialından istifadə etmək ərazinin mühəndis geoloji axtarış işlərindən, həmçinin binanın memarlıq tələblərindən sonra müəyyənləşdirilir”.