Bakıda 120 mindən çox bina söküləcək - Paytaxtın hər ikinci sakininin həyatı dəyişəcək
30 Yanvar 2023
Bakını digər keşmiş MDB ölkələri paytaxtları ilə birləşdirən çox az özəlliklər qalıb. Bunlardan biri də heç şübhəsiz keçmiş MDB ölkələri şəhərlərində "SSRİ yadigarı" "Xruşşovka" və "Brejnevka"lardır. Söhbət SSRİ-də 1956-cı ildən başlayan və 1985-ci ilədək davam edən "tikinti bumu" çərçivəsində demək olar ki, SSRİ-nin hər bir bucağında tikilən "beşmərtəbəli" və "doqquzmərtəbəli" binalardan gedir.
Hazırda Bakıda 120 mindən çox SSRİ mirası olan binalar qalıb. Bunların arasında "Xruşşovka"lar, "Brejnevka"lar və Minsk layihəli binalar üstünlük təşkil edir. "Brejnevka"lar əslində bir az modernləşdirilmiş "Xruşşovka"lardır. Onların tikintisi SSRİ-də 1985-ci ilədək davam edib. Bu binalar SSRİ memarı Vitali Laqutin tərəfindən ilk dəfə 1956-cı ildə Rusiyanın paytaxtı Moskva şəhərində Qrimau küçəsində layihələndirilib. Əslində isə bu beşmərtəbəli binaları SSRİ-nin rəhbəri Stalin Fransada görərək bəyənib. Sonradan bu tip binaların SSRİ-də tikilməsini əmr edib. Amma ideya Stalin öləndən sonra onun xələfi Nikita Xruşşov tərəfindən reallaşdırıldığı üçün onun adını alıb. Sonradan isə "Xruşşovka"lar SSRİ-nin bütün şəhərlərinə yayılıb.
Sovetlər birliyində bu binaların bu qədər papulyarlaşmasının bir neçə səbəbi var idi.
1. "Xruşşovka"lar 4 nəfərlik (2 böyük, 2 uşaq) sovet ailəsi üçün ideal sayılırdı.
2. Bu tip binalar SSRİ ailələrini kommunal mənzillər və baraklardan çıxarmaq üçün ucuz və çox əlçatan variant idi.
3. Sovet həkimləri beşmərtəbəli "xruşşovka"ların insan sağlamlığı üçün çox ideal variant olduğunu müəyyənləşdirmişdilər. Sonuncu - beşinci mərtəbədə yaşayan insan belə pilləkənlərlə öz evinə rahatca qalxa bilərdi.
4. Bu tip binaların hündürlüyü maksimum 30 metr olurdu ki, həmin binaların tikintisi zamanı hündür qaldırıcı kranlardan istifadəyə ehtiyac olmurdu. O vaxtlarda SSRİ-də maksimum 30 metrədək qalxa bilən kranlar üstünlük təşkil edirdi. Daha hündürə yük qaldıra bilən kranlar isə demək olar ki, yox dərəcəsində idi.
5. "Xruşşovka"larda lift və zibil konteynerləri üçün bloklar olmurdu. Bununla da SSRİ rəhbərliyi yüz minlərlə lift və zibil konteynerinə qənaət edərək əhəmiyyətli dərəcədə irəli düşmüş olurdu.
6. Beşmərtəbəli "xruşşovka"lar seysmik aktiv süxurlar üzərində asanlıqla inşa edilə bilərdi. Təkanlar zamanı bu tikililərin zədə alması demək olar ki, real deyildi.
Hələ keçən il mətbuata açıqlamasında Bakı şəhər icra hakimi Eldar Əzizov Bakıda hər ikinci sakinin SSRİ vaxtı inşa edilmiş tikilidə yaşadığını bildirmişdi. E.Əzizov demişdi ki, paytaxtda köhnə binalar sökülüb əvəzində yeniləri inşa ediləcək. Söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq. Söküləcək binalar beşmərtəbəli və doqquzmərtəbəlidir.
Eldar Əzizov demişdi ki, bu binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər. Bəs Sovetdən miras qalmış və paytaxtın əhəmiyyətli hissəsini tutan Sovet mirası olan bu binaların istismar müddəti nə qədərdir? Bakıda yaşayan hər ikinci insanın həyatı təhlükədədirmi? Sovetdən dövrümüzədək gəlib çatmış bu binalarda XXI əsrin ikinci onillliyində yaşamaq olarmı?
Qeyd edək ki, "Xruşşovka" tipli binaların layihəsini Sovet rəhbərliyi o vaxt Fransadan satın alıb. SSRİ-də tikilən "xruşşovka"lar iki qismə bölünürdü. Bunlardan birincilər müvəqqəti, yerdə qalanlar isə daimi tikililər sayılırdı. Müvəqqəti "xruşşovka"ların istismar müddəti 25, daimilərinki isə 50 illiyinə nəzərdə tutulub. Bakıda inşa edilən SSRİ yadigarı olan binaların əsasən 60-cı illərdə iatismara verildiklərini nəzərə alsaq onda bu müddətin bitdiyini görmüş oluruq. Kobud hesablama ilə Bakıdakı "xruşşovka"ların istismar müddətindən 15 ilə yaxın bir zamanın keçdiyini görərik. Belə olan halda Bakı şəhər icra hakimininin təbirincə desək paytaxtın hər ikinci sakini istismar müddəti bitmiş, yaxud da bitmək ərəfəsində olan tikilidə ömür sürür. Həyatını yaşayaraq Sovetdən qalma tikililərdən nə vaxt canını qurtacağını da səbrsizliklə gözləyir. (Baku.ws)