Bakıda "112 şokolad prosesi" bitdi - Şirkət anbardara uduzdu
28 Aprel 2023
Bakıda çalışdığı iş yerinin anbarında 112 şokoladı yediyinə görə işdən çıxarılan şəxslə bağlı yeni qərar verilib.
“Qafqazinfo” İctimai TV-yə istinadən xəbər verir ki, Ali Məhkəməyədək uzanan məhkəmə prosesinin yekununda qəbul edilən qərarla anbardarın iddiası təmin edilib və o, işinə bərpa edilib.
Məhkəmə qərarı çıxarılarkən anbardarın yediyi şakoladların istifadə müddətinin başa çatmasına az qalması amili nəzərə alınıb və onun işdən kənarlaşdırıldığı günlər üçün də ödənişin edilməsi tələbi işəgötürənin üzərinə qoyulub.
Xatırladaq ki, Bakının Nərimanov rayonunda qida satışı şirkətlərdən birində geri qayıdan məhsullar üzrə anbar şöbəsində anbardar vəzifəsində çalışan şəxs cavabdehliyində olan və məşhur istehsalçılardan birinin məhsulu olan 112 ədəd fındıqlı şokoladı yeyib. Anbarda şokoladların sayı düz gəlmədikdə şirkət anbardar tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasını bildirərək onu işdən azad edib. Bununla razılaşmayan anbardar Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə işçinin iddiasını təmin edib və onun işyerinə bərpa edilməsi barədə qərar çıxarıb.
Lakin cavabdeh tərəf anbardarla bağlı qərardan narazı qalaraq apellyasiya və kassasiya şikayəti verib. Yekunda yuxarı instansiya məhkəmələri də Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb və anbardarın işinə qaytarılması qətiləşib.