Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı metrosunda faciə: 65-70 yaşlı kişi qatar yoluna düşüb

Metronun "28 May" stansiyasında sərnişin stansiya yoluna düşüb.

Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qatar yoluna düşən sərnişin ölüb. O, xarici görkəminə görə 65-70 yaş arasında olan kişidir.

Hadisə ilə əlaqədar xətlərdə yubanma olub. Sərnişinin meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa edilib.

Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib.