Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb

Bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

Bu barədə səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, stansiyaya təcili və təxirəsalınmaz təcili yardım xidmətinin əməkdaşları dəvət olunub.

Bundan sonra sərnişin qatar yolundan çıxarılıb. Sərnişinin vəziyyəti barədə həkimlərin rəyindən sonra məlumat veriləcək.

Artıq təmas relsinə yüksək gərginlik verilərək qatar yola salınıb.

Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub.