Bahəddin Həzi Mətbuat Şurasından istefa verdi
07 Fevral 2022
"Cavanşir Feyziyevin İdarə Heyətində qalıb-qalmaması məsələsi müzakirəyə çıxarılmalıdır”
“Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvlüyündən istefa verib. Bu barədə B.Həzi özünün “Facebook” səhifəsində yazıb.
MŞ sədri Əflatun Amaşova müraciət edən baş redaktor bildirib ki, 2018-ci il martın 10-da Azərbaycan Jurnalistlərinin VII qurultayında gözləmədiyi halda MŞ-nin İdarə Heyətinə üzv seçilib: ““Gözləmədiyim halda" ifadəsini ona görə işlədirəm ki, ərkim çatan redaksiyalara mənim namizədliyimi irəli sürməməyi xahiş etmişdim. Ancaq buna baxmayaraq, namizədliyimi vermişdilər. O zamandan keçən dörd ilə yaxın müddətin yarısı pandemiya dövrünə düşdü. Normal vaxtlarda isə medianın, jurnalistlərin hüquqlarını və qanuni mənafelərini qorumaq üçün əlimdən gələni etmişəm. Daha çox iş görə bilərdim. Obyektiv və subyektiv səbəblərdən buna imkanım olmadı”.
“Ancaq qərara gəlmişəm ki, MŞ-nin İdarə Heyətinin üzvlüyündən istefa verəm. Buna səbəb fevralın 5-də Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Facebook” sosial şəbəkə platformasındakı özünə məxsus səhifəsində Azərbaycan jurnalistlərinin, o cümlədən, mənim haqqımda böhtan və təhqir dolu status paylaşması, mən də daxil olmaqla xeyli sayda jurnalisti təhqir etməsi və bir sıra ağır cinayətlərdə ittiham etməsi olub. Eyni zamanda, Cavanşir Feyziyev də MŞ-nin İdarə Heyətinin üzvüdür. Belə bir adamla eyni qurumda təmsil olunmaq istəmirəm. Buna görə də MŞ-nin İdarə Heyətində fəaliyyətimi dayandıraraq üzvlükdən çıxdığımı bəyan edirəm. Fəaliyyətim dövründə Azərbaycan mediasının müdafiəsi və inkişafı üçün edə bilmədiklərimə görə jurnalist həmkarlarımdan üzr istəyirəm. MŞ-də təmsil olunan həmkarlarıma isə uğurlar arzulayıram!”, - deyə jurnalist vurğulayıb
“Həftənin birinci günü bu ərizə MŞ-yə göndəriləcək. Ancaq mən eyni zamanda, Cavanşir Feyziyevin MŞ-nin İdarə Heyətində qalıb-qalmaması məsələsi müzakirəyə çıxarılmalıdır”, - deyə B.Həzi əlavə edib.