Bahalı bina yarışı: Haramıza yaraşır?
31 Mart 2023
İqtisadçı, vətəndaş cəmiyyəti eksperti Samir Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin martın 30-da istifadəyə verilmiş yeni inzibati binasından yazıb.
Bakının Heydər Əliyev prospektində yerləşən bina 33 mərtəbədən ibarətdir.
Samir Əliyev yazır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yeni yurdunun qiyməti açıqlanmasa da, görünüşündən çox bahalı bina təsiri bağışlayır, dünyanın inkişaf etmiş ölkələrinin analoji qurumunun inzibati binasını dəfələrlə üstələyər: “Son illər bahalı inzibati binaların tikintisi dəb halı alıb. Normal parlament olsa, hökumətin yaxasında tutub soruşardı niyə vergi ödəyicilərinin pulunu səmərəsiz işə yönəldir, işğaldan azad ərazilərin pula ehtiyacı olduğu bir vaxtda belə səxavət göstərirsən?
Bahalı binanın saxlanma xərci də var, bunu düşünüblərmi? Yoxsa bunu xidmət haqlarını artırmaqla əhalinin belinə yükləmək istəyirlər?
Ekspertlər dövlətin iqtisadiyyatda rolunun azaldılmasının vacibliyi barədə danışdığı bir vaxtda hökumət öz şirkətləri və qurumları üçün bahalı inzibati binalar tikir.
Bir çox bahalı binanın üz örtüyü şüşədəndir. Bakı küləkli şəhərdir, daim toz içində olur. Heydər Əliyev prospektindən keçəndə yol qırağındakı şüşəli binalara baxın, necə də çirkli görünürlər. Bu çirkli binaları yumaq çoxlu vəsait tələb edir.
Heç olmasa büdcəni formalaşdıran, dövlət qurumlarına pul ayıran Maliyyə Nazirliyinin ağayana inzibati binasına baxıb nümunə götürmək mümkündür”.