Logo
news content
User
Kateqoriyalar

Xəbər

AZƏRTAC-ın işdən çıxarılan əməkdaşı intihara cəhd etdi - Vəziyyəti ağırdır

İşdən qanunsuz çıxarıldığını bildirən jurnalist, AZƏRTAC dövlət agentliyinin keçmiş əməkdaşı Aygün Əliyeva intihara cəhd edib.

Pressklub.az-ın xəbərinə görə, o, çoxlu sayda dərman içib və təcili şəkildə Respublika Toksikologiya Mərkəzinə aparılıb. Jurnalistin həyat  yoldaşı isə onun zəhərli maddə qəbul etdiyni deyib.

Mərkəzdən Pressklub.az-a verilən məlumata görə, Aygün Əliyevanın vəziyyəti stabil ağırdır. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Facebook-da tənqidi status yazdığına görə bir müddət əvvəl AZƏRTAC-ın keçmiş rəhbəri Aslan Aslanov tərəfindən işdən çıxarılan jurnalist Aygün Əliyeva hüquqlarını məhkəmə müstəvisində bərpa etməyə çalışsa da, buna nail ola bilməyib.

Ali Məhkəmə əvvəlcə onun leyhinə olan qərar qəbul etsə də, sonra bu qərarı ləğv edib və işi Apellyasiya Məhkəməsinə göndərib.


Aygün Əliyevanın sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin 19.10.2022-ci ildə çıxardığı qərara əsasən onun işdən çıxarılması ilə bağlı əmrin ləğv edilməsi, işə bərpası və dəymiş ziyanın ödəilməsi ilə bağlı qərar qəbul edilib. Aslan Aslanov işdən çıxarılmazdan bir gün əvvəl bu qərardan şikayət Ali Məhkəməyə müraciət edib:




“Məndə olan məlumata görə, Ali Məhkəmə Aslan Aslanovun iddiasını rədd edib. Amma sonrada məhkəmənin sədri Ramiz Rzayevə zəng olub, o da qərarı dəyişib”.


Aygün Əliyeva AZƏRTAC-ın yeni rəhbəri Vüqar Əliyevin də onun hüquqlarını bərpa etmədiyini, təzminat ödəməkdən imtina etdiyini bildirib. Hüquqlarının kobud şəkildə pozulduğunu bildirən jurnalist onu intihar həddinə çatdırdıqlarını bildirib.


Qeyd edək ki, Aygün Əliyeva intihara edəcəyi barədə məlumatı Feysbuk sosial şəbəkəsindəki hesabında da post paylaşıb.